Qaya Məmmədov şəhid mayor Rüfət Əsgərovun xatirəsini yad etdi – FOTO

Qaya Məmmədov şəhid mayor Rüfət Əsgərovun xatirəsini yad etdi – FOTO

Hazırda oxunan: Qaya Məmmədov şəhid mayor Rüfət Əsgərovun xatirəsini yad etdi – FOTO

208945

31 saylı Suraxanı II seçki dairəsindən deputatlığa namizəd Qaya Məmmədov bu gün şəhid Rüfət Əsgərovun xatirəsini doğum gününün ildönümündə yad edib. 

Bizim.Media xəbər verir ki, o, bu məqsədlə şəhidin ailəsinə baş çəkib.

Qaya Məmmədov qəhrəman şəhid mayor Rüfət Əsgərovun ailəsi ilə tanış olub, övladı ilə səmimi söhbət edib.  

Q.Məmmədov öz sosial şəbəkə hesabında şəhidimizlə bağlı paşlaşımında görüşlə bağlı təəsürratlarını bölüşüb: 

“Bu gün Suraxanı rayon şəhidlərindən Rüfət Əsgərovun anadan olmasının ildönümüdür. 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olan mayor Rüfət Əsgərov 2020-ci il oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində xüsusi əhəmiyyətli döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 

Xətai rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərovun ocağında böyümüş Rüfət Əsgərovun yaxınları ilə söhbət zamanı "Rəşadət" ordenli şəhidimizin keçdiyi şərəfli döyüş yolu və şücaəti barədə geniş məlum almaq imkanım oldu. 

Rüfət Əsgərovun anadan olmasının ildönümündə onun əziz xatirəsini bir daha ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.  

Əlavə edək ki, həmin görüşdə deputatlığa namizəd şəhidin övladını universitetə qəbul olunması münasibəti ilə təbrik edib.  

“Fürsətdən istifadə edərək, şəhidimizin övladı Xansuvarı tələbə adı qazanması münasibəti ilə təbrik edirəm və ona uğurlar arzulayıram”, - Q.Məmmədov paylaşımında bildirib.  

Xatırladaq ki, Qaya Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 

Qaya Məmmədov 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsini icra edib.  

O, 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub. 

Q.Məmmədov 2022-ci ildən bəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisidir.  

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də keçiriləcək.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO