Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin ötən gün meyiti tapılıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.
Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir.
S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.
Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.
Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.
Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.
Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:34 / 29.08.2024
Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı
Hazırda oxunan: Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı
Hazırda oxunan: Azərbaycanda qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı
208923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.