Naftalanda tarixi abidə qalıqları AŞKARLANDI - FOTO

Naftalanda tarixi abidə qalıqları AŞKARLANDI - FOTO

Hazırda oxunan: Naftalanda tarixi abidə qalıqları AŞKARLANDI - FOTO

208864

Naftalanda Qalaboynu tarixi abidəsi ərazisində Əhəmənilər dövrünə aid saraya məxsus ehtimal edilən divar qalıqları aşkarlanıb.

Bizim.Media xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Qalaboynu tarixi abidəsilə bağlı bildirib ki, abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 hektardan artıqdır.

Yaşayış yeri hələ 2020-ci ildə qeydə alınaraq ilkin arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar zamanı buradan möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkarlanıb.

Bina divarının eni 1.80-1.90 sm-dir. Divarın tikintisində 37x37 santimetr ölçüdə, 9-10 santimetr qalınlıqda, tərkibinə xırda doğranmış saman qalıqları qatılmış çiy kərpiclərdən istifadə edilib.

Divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli, möhkəm tərkibli daşlardan ibarət lövhələr aşkarlanıb, qalınlığı 15-30 sm olan daşların kənarları isə səliqə ilə yonulub.
 

Ekspedisiya rəhbərinin dediyinə görə, aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olduğu ehtimal edilir.


Qeyd edək ki, yaşayış yeri ölkəmizdə sayca bu tip 3-cü abidədir. Bu ərazidə orta əsrlərdə qısamüddətli yaşayış olub. Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələyib. Aşkar edilən tapıntılar böyük tarixi və elmi marağa səbəb olub və ərazidə daha intensiv tədqiqatların davam etdiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO