Dəyişən yaşam MÜDDƏTİ – Kənd əhalisinin ömrü qısalıb, yoxsa...

Dəyişən yaşam MÜDDƏTİ – Kənd əhalisinin ömrü qısalıb, yoxsa...

Hazırda oxunan: Dəyişən yaşam MÜDDƏTİ – Kənd əhalisinin ömrü qısalıb, yoxsa...

208821

Xəbər verdiyimiz kimi, şəhər insanlarının orta ömür uzunluğu 75.8, kəndlilərdə 76-dır.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, Azərbaycanda 19423 nəfər yaşı 90-dan çox olan vətəndaş qeydiyyatda olub. Yaşı 90-dan çox olan vətəndaşların ən çox yaşadığı bölgə isə Bakı şəhəridir. Belə ki, Bakıda 4553 nəfərin yaşı 90-dan çoxdur.

Əvvəllər kənd həyatının daha sağlam olduğu bildirilirdi. İndi isə maraqlıdır ki, vəziyyət əksinə dəyişib.

Bunun səbəbi nədir?

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, bu gün kəndlərdə həyat şəraiti daha ağırdır:
 

MÖVZU İLƏ BAĞLI:

Uzun yaşamın SİRRİ – Bal ömrü 10-15 il UZADIR – MÜSAHİBƏ/FOTO  


“İnsan fikir edəndə orqanları normal qaydada işləyə bilmir, metabolizma pozulur, əsəb-gərginlik nəticəsində bədəni narahat saxlayan, ona adrenalin verən maddələr normadan artıq ifraz olunur. Gərginlik altında olan bədən isə necə uzun yaşaya bilər?”

Terapevtin sözlərinə görə, insanın uzun ömür sürə bilməsi üçün əmək və iş qabiliyyəti proporsional, yəni bərabər şəkildə olmalıdır:

“Şəhərdə isə bir qrup insan var ki, özünə yaxşı şərait yaradır, istirahətinə zaman ayırır. Yəni insanın uzun ömür yaşaya bilməsi üçün təmiz hava ən əsas amil deyil. Bir insanı beynində fikirləri çoxdursa, gərgindirsə, ən təmiz havası olan yerə də qoysan, düşüncələri onu pis vəziyyətə salır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO