DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

208811

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən dəstə üzvləri - əvvəllər məhkum olunmuşlar Sənan Cəfərov, İlkin Əhmədov və Səfiyar Allahyarov saxlanılıblar. Onların üzərindən, ev və avtomobillərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 297 ədəd metadon həbi aşkarlanıb.
Hər üç şəxs ifadələrində maddi qazanc əldə etmək məqsədi ilə narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

S.Cəfərov, İ.Əhmədov və S.Allahyarovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO