Balakəndə avtomobil çaya düşdü - Ölən və yaralanan var - FOTO

Balakəndə avtomobil çaya düşdü - Ölən və yaralanan var - FOTO

Hazırda oxunan: Balakəndə avtomobil çaya düşdü - Ölən və yaralanan var - FOTO

20881

Balakəndə minik avtomobili çaya düşüb, sürücü ölüb, daha üç nəfər xəsarət alıb.

Bizim.Media-nın məlumatına görə, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda zəncirvari QƏZA - 7 avtomobil toqquşdu, yaralılar VAR - FOTO


Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Rəvan Məmmədvəli oğlu Əhməyev idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilinin qarşısına at çıxıb.

R.Əhməyev idarəetməni itirərək maşını ərazidən axan çaya aşırıb. Qəza zamanı müxtəlf dərəcəli ağır bədən xəsarətləri alan R.Əhməyev və avtomobildə olan sərnişinlər - 1967-ci il təvəllüdlü İmran Rəcəbov, 1970-ci il təvəllüdlü Fərman Piriyev və 1990-cı il təvəllüdlü Mərdan Piriyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağır bədən xəsarətləri alan sürücü R.Əhməyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb. Faktla bağlı araşdırma aparılır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO