Xovatiya mətbuatı "Dinamo Zaqreb"in Bakıdakı oyunu ilə bağlı yazdı

Xovatiya mətbuatı "Dinamo Zaqreb"in Bakıdakı oyunu ilə bağlı yazdı

Hazırda oxunan: Xovatiya mətbuatı "Dinamo Zaqreb"in Bakıdakı oyunu ilə bağlı yazdı

208807

Xorvatiya mətbuatında Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri cavab oyununda (ilk oyun - 3:0) "Dinamo"nun mümkün oyun planı ilə bağlı yazı dərc edilib.

Bizim.Media xəbər verir ki, "Germanijak" portalı bugünkü matçla bağlı bunları yazıb:

"Əhəmiyyətli olan "Dinamo"nun matçın əvvəlində, 50 və 70-ci dəqiqələrdə özünü necə aparmasıdır. Zaqreblilərdə ilk dəqiqələrdə qorxu və panika yaranarsa, yeganə sual "Qarabağ"ın nə vaxt və neçə qol vuracağı olacaq. Sergey Yakiroviç hələ də bu görüş üçün ideal heyət axtarır. O bilir ki, komandası çox qaçmalı, meydanda hücuma keçən "Qarabağ" oyunçularını təqib etməli olacaq və əks-hücumlar "Dinamo"nun güclü silahına çevrilə bilər. "Dinamo"nun baş məşqçisi Zaqreb oyunu ilə müqayisədə nəyi dəyişə bilər?

O, Bruno Petkoviç və Sandro Kulenoviçlə birlikdə matça 3-5-2 sxemi ilə başlayacaq, yoxsa rəngarəng 4-3-3 (4-2-3-1) ilə oyuna çıxacaq? İndiyədək heyətdə, demək olar ki, zəmanətli yeri olan Marko Pyaça start heyətində meydana çıxmasa, təəccüblənməyəcəyik. "Qoritsa" ilə qarşılaşmada Yakiroviç onu fasilədə əvəzlədi, ilk oyunda qol vurmasına baxmayaraq, onun hələ oyun ritmində olmadığı aydın görünür.

Ancaq Zaqrebdə "Dinamo"nun müdafiə oyunu o qədər də yaxşı alınmırdı: nə Pyaça, nə Hoca, nə də bəzi yarımmüdafiəçilər özlərini lazımınca göstərdilər. Fasilədən sonra hər şey yaxşılaşdı, xüsusən də "Dinamo" sistemini dəyişdikdən sonra. Ona görə də Xorvatiya çempionunun məhz bu sistemlə Bakıda oyuna start verməsi mümkündür. Sergey Yakiroviç sürətli və təhlükəli Kordovanı ilk dəqiqələrdən buraxa bilər ki, bu da azərbaycanlılara kifayət qədər problem yarada bilər. Hoca ilə birlikdə "Qoritsa" ilə görüşdə sürətlərinin rəqib üçün nə qədər dağıdıcı ola biləcəyini göstərdilər. Bəlkə də Bakıda uğurun açarı budur. Beləliklə, ilk baxışdan plan sadədir. "Dinamo" "Qarabağ"ın ilkin təzyiqinə tab gətirməli, müdafiədə sabit olub, panikaya düşməyib və başını itirməməlidir. Mütləq şəkildə düşəcək fürsəti gözləmək lazımdır".

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Dinamo"(Zaqreb) matçına saat 20:45-də start veriləcək. İlk oyunda zaqreblilər 3:0 hesabı ilə qalib gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO