Harri Keynə “Qızıl buts” mükafatı təqdim olundu

Harri Keynə “Qızıl buts” mükafatı təqdim olundu

Hazırda oxunan: Harri Keynə “Qızıl buts” mükafatı təqdim olundu

208775

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keynə “Qızıl buts” mükafatı təqdim olunub.

Bizim.Media xəbər verir ki, 31 yaşlı hücumçu bu mükafata Avropada ötən mövsümün bombardiri (Bundesliqada 36 qol) olduğu üçün layiq görülüb.

İngiltərəli oyunçu bu nominasiyada Almaniyanın “Ştutqart” komandasının forvardı Seru Girassi (28 qol) və hazırda İspaniya “Real Madrid”ində çıxış edən PSJ-nin sabiq hücumçusu Kilian Mbappeni (27 qol) qabaqlayıb.

Qeyd edək ki, Harri Keyn 2023/2024-cü illər mövsümündə Münxen klubunun heyətində ümumilikdə 45 matçda forma geyinib. O, bu oyunlarda 44 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO