Hicablı müəllimlərin müsahibədən kəsilməsi iddialarına agentlikdən CAVAB

Hicablı müəllimlərin müsahibədən kəsilməsi iddialarına agentlikdən CAVAB

Hazırda oxunan: Hicablı müəllimlərin müsahibədən kəsilməsi iddialarına agentlikdən CAVAB

208773

Sosial şəbəkədə yayılan hicablı müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı iddialar əsassızdır.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlmasında deyib.

O bildirib ki, ümumilikdə müsabiqə müddətində heç bir dini və ya cinsiyyət baxımından ayrı-seçkilik edilməyib.

"Bəzən də hər hansı komissiyanın fəaliyyətinin qərəzli olmasını deyirlər. Halbuki 30 fərqli komissiya var və hər biri də təlimdən keçən şəxslərdir. Onların əsas işi müsabiqənin şəffaf keçirilməsini təmin etməkdir. Narazılıqlar həmişə var və olacaq. Əsas odur ki, heç vaxt ayrı-seçkilik halı olmur", N.İsmayılbəyli qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO