Bu rayonda 53 məzun 600-dən yuxarı bal toplayıb - FOTO

Bu rayonda 53 məzun 600-dən yuxarı bal toplayıb - FOTO

Hazırda oxunan: Bu rayonda 53 məzun 600-dən yuxarı bal toplayıb - FOTO

208759

2023-2024-cü tədris ili Qəbələ rayonunun ümumtəhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə bitirən 1173 nəfər məzundan 100 nəfəri fərqlənmə attestatına, 2 nəfəri isə qızıl nişana və xüsusi nümunəli attestata layiq görülüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, buraxılış imtahanında 3 nəfər şagird maksimum nəticə göstərib.

Ali məktəblərə sənəd verən 782 nəfər məzundan 556 nəfər ölkənin müxtəlif ali məktəblərinə, o cümlədən 21 nəfər Qarabağ Universitetinə qəbul olub. 53 nəfər məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni Həmzəli kənd tam orta məktəbin məzunu Elşən Yusibov (682 bal) göstərib.

Rayon təhsil sektorundan o da bildirilib ki, ümumtəhsil müəssisələrini ümumi orta təhsil səviyyəsi üzrə bitirən 1509 nəfər şagirdin 35 nəfəri fərqlənmə attestatına layiq görülüb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO