Sakinlərə XƏBƏRDARLIQ: Bakının bu rayonlarında yenə SU KƏSİLƏCƏK - VİDEO

Sakinlərə XƏBƏRDARLIQ: Bakının bu rayonlarında yenə SU KƏSİLƏCƏK - VİDEO

Hazırda oxunan: Sakinlərə XƏBƏRDARLIQ: Bakının bu rayonlarında yenə SU KƏSİLƏCƏK - VİDEO

208753

“30 avqust gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən açıqlamaya görə, bir sıra ərazilərdə su yenə fasilə ilə veriləcək:

"Səbail rayonunun Neftçilər prospekti ərazisində, Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq".

Qeyd edək ki, suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO