Ermənipərəst Semyon Peqovun ölüm xəbəri yayıldı - Avtomobili Donetskdə partladılıb? - FOTO

Ermənipərəst Semyon Peqovun ölüm xəbəri yayıldı - Avtomobili Donetskdə partladılıb? - FOTO

Hazırda oxunan: Ermənipərəst Semyon Peqovun ölüm xəbəri yayıldı - Avtomobili Donetskdə partladılıb? - FOTO

208747

Rusiyada xarici agent kimi tanınan Aleksandr Nevzorov Teleqram kanalında ermənpərəst hərbi müxbir Semyon Peqovun ölümü ilə bağlı mesaj dərc edib. Onun sözlərinə görə, Donetskdə avqustun 27-nə keçən gecə jurnalistin olduğu avtomobil partladılıb, bundan sonra güclü yanğın başlayıb.

Bizim.Media "smolensk-i.ru" saytına istinadən xəbər verir ki, lakin sonradan bu xəbərlər "War on Fake" portalı tərəfindən təkzib edilib.

Teleqram kanalının müəllifləri qeyd ediblər ki, partlayışla bağlı məlumat heç bir mənbə tərəfindən təsdiqlənməyib.

Telejurnalist Andrey Rudenko daha sonra Semyon Peqovun sağ olduğunu bildirib:

“Syomanın vəziyyətində dəyişiklik yoxdur, hər şey qaydasındadır, onunla telefonda danışmışam, sağ-salamatdır. Bəli, müharibə gedir və düşmən hərbi müxbirləri ovlayır. Amma bu dəfə yan keçib".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO