DİN əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

DİN əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

Hazırda oxunan: DİN əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

208727

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyatlarla rayon sakinləri Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar.

Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.

Həmçinin, keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO