Türkiyədə azərbaycanlı sabiq deputat VƏFAT ETDİ

Türkiyədə azərbaycanlı sabiq deputat VƏFAT ETDİ

Hazırda oxunan: Türkiyədə azərbaycanlı sabiq deputat VƏFAT ETDİ

208693

Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, əslən azərbaycanlı Yücel Artantaş uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
 

Qeyd edək ki, Yücel Artantaş 1952-ci ildə İğdırda anadan olub. O, 2002-ci ildə 22-ci çağırış (2002-2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub.


Yücel Artantaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO