Taksi sürücüləri imtahan verməyə niyə maraq GÖSTƏRMİRLƏR?

Taksi sürücüləri imtahan verməyə niyə maraq GÖSTƏRMİRLƏR?

Hazırda oxunan: Taksi sürücüləri imtahan verməyə niyə maraq GÖSTƏRMİRLƏR?

208651

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib

İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1 434 namizəd qeydiyyatdan keçib. Onlardan 1 394 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Nəzərə alaq ki,  yeni qaydalara görə ölkə ərazisində taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər əvvəlcə AYNA-nın təşkil etdiyi təlim kursalırını bitirməli, daha sonra isə DİM-in test imtahanından keçməlidirlər. AYNA-dan verinən ən son məlumata görə Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, təkcə Bakı şəhərində 30 min taksiyə ehtiyac var. Lakin ötən dövrdə ehtiyac olan qədər taksi sürücüsü “buraxılış vəsiqəsi” almayıb

Bəs, sürücülərin yeni qaydalara marağı niyə bu qədər azdır?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, sürücülərin məsələyə laqeyd olmasının iqtisadi əsasları var:

“Çünki yeni qaydalara riayət olunması üçün kifayət qədər vəsait lazımdır. İyulun 1-ə qədər “Buraxılış vərəqəsi” almaq üçün şərtlər xeyli yüngül idi. Lakin sonradan şərtlər xeyli sərtləşdirilib. Belə ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı olmalıdır

Bundan əlavə, taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri olmalıdır. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmalı, sürücülərin reysqabağı tibbi müayinədən keçməlidir.

Eləcə də avtomobildə taksometr, kamera və nağdsız ödəniş aparatı olmalıdır. Bütün bu tələblərə riayət etmək üçün vətəndaş ən azı 4-5 min manatından keçməlidir. Çox təəssüf ki, bu tələblərə əməl etməyə də hər bir sürücünün maddi imkanı çatmır. Ona görə də AYNA-nın təşəbbüsü və DİM-in təşkilatçılığı ilə keçirilən test imtahanlarına maraq azdır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO