Dirək var, işıq yoxdur... – Bakı-Şamaxı yolu niyə zülmətə qərq olub? – VİDEO

Dirək var, işıq yoxdur... – Bakı-Şamaxı yolu niyə zülmətə qərq olub? – VİDEO

Hazırda oxunan: Dirək var, işıq yoxdur... – Bakı-Şamaxı yolu niyə zülmətə qərq olub? – VİDEO

208641

Axşam saatlarında paytaxtdan bölgələrə və yaxud əksi istiqamətində avtomobillə hərəkət edən sürücülər yolların qaranlıq olmasından əziyyət çəkirlər. Rayonlarla paytaxtı birləşdirən magistral yollar ya heç işıqlandırılmır, ya da bəzi hissələrində quraşdırılan işıq dirəklərinə işıq verilmir.

İşıq saçmayan bu cür dirəklərə Bakı-Şamaxı yolunun Şamaxıya yaxın ərazisində də rast gəlmək mümkündür. Belə ki, həmin ərazidə yol qırağındakı obyektlərdə işıqlar yansa da magistral yolun işıqlandırılması məqsədilə quraşdırılan dirəklərdə lampalar yanmır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yolların işıqlandırılmasına qurumun nəzarət etmədiyini deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rayon yollarındakı ağır yol qəzalarının əsas səbəbi nədir? - ARAŞDIRMA


Şamaxı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəşad Əliyev isə yaranan fasilənin texniki səbəblərdən qaynaqlandığını bildirib:

“Ola bilər ki, 1-2 saat müddətində işıqlar olmasın. Amma əksər hallarda magistral yolda işıqlar yanır. Hansısa qəza baş verir, ya texniki nasazlıq yaranır, onu aradan qaldırarkən 1, uzağı 2 saat ərzində işıqlar olmur. Təmirdən sonra işığın verilməsi bərpa olunur. Davamlı olaraq işıq yanır, işıq xətlərində nəsə qəza, qısaqapanma, bir sözlə, texniki səbəblərdən qısa fasilə yaran bilər. Ən psi halda bir gecə olmur, çünki gecə ilə nasazlıq aradan qaldırıla bilməyəndə, səhər tezdən xəta aradan qaldırılır, işığın verilişi bərpa olunur”.


Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO