İlahiyyatçıdan toy israfçılığına SƏRT REAKSİYA – “Məclisdən sonra adam 1 gün özünə gələ bilmir”

İlahiyyatçıdan toy israfçılığına SƏRT REAKSİYA – “Məclisdən sonra adam 1 gün özünə gələ bilmir”

Hazırda oxunan: İlahiyyatçıdan toy israfçılığına SƏRT REAKSİYA – “Məclisdən sonra adam 1 gün özünə gələ bilmir”

208619

“Toylar artıq milli adətlərdən kənara çıxıb və əcaib bir görkəm alıb. Vannada aş yeyən, bütöv dəvəni qızardıb qabaqlarına qoyan ərəblərə lağ edənlər özləri toyda 28 növ yemək - içməyi masaya düzür. Bəyəm hərənin 7 qarnı var?! Masada dirsəyini qoymağa yer tapmırsan. İntellekti inkişaf etmiş, mənəviyyatı zəngin cəmiyyətlərdə toy bir fincan qəhvə, şərbət və yaxud bir parça da şirniyyatla qeyd edilir. Çünki o cəmiyyətlərdə çatlayana qədər yeməyə deyil, mənəvi qidaya daha çox önəm verirlər”.

“Toya gedən adam bir gün özünə gələ bilmir”

Bu fikirləri ilahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında deyib. O bildirib ki, qədim dövrlərdə toylarımızda yemək yox, mənəvi zövq, mənəvi qidalanma ön planda olub:
 

MÖVZU İLƏ BAĞLI:

“2 min manatı dana ətinə verməkdənsə...” – İlahiyyatçıdan ehsan israfçılığına ETİRAZ


“İnsanlar əvvəllər toya dincəlmək, ruhun qidası üçün gəlirdilər. Gəldikləri evin şəninə şən qatırdılar. Ancaq indi belə deyil. Musiqinin səsini qapalı yerdə elə gur verirlər ki, adam öz səsini belə eşitmir. Üstəlik, zövqsüz musiqi adamların yeməyə və yaxınlarıyla hal-əhval tutmağa həvəsini öldürür. Bu, nə deməkdir?! Çox nadir hallarda toylarda muğam ifa olunur. Əksər toyları bayağı ifaçılar “bəzəyir”. Üstəlik, toy boyu ancaq eyni adamın səsi və qışqırtısı qulaqları dəlir. Toydan evə dönən adam 24 saat özünə gələ bilmir. 

İndi elit restoranlara gedərkən hər zaman fonda həzin musiq səslənir və insanlar rahatlıqla yeyib-içir, söhbətləşirlər. 

Amma şadlıq evlərində bunun tərsini görürük. 

Davulun, sintizatorun səsi adamı hövsələdən çıxarır. Toya gələn adam da bu səs-küydən qurtulmaq üçün meylini yemək-içməyə salır. Saat 6-da başlayan toyda isə isti yeməklər bir saat yarım, iki saat sonra verilir. Buna qədər də insanlar soyuq qəlyanaltılarla vaxt keçirir. Gecə yarısı isə isti yeməklər-kabablar gəlir. Təsadüfi deyil ki, gec verilən isti yeməklər də bir qayda olaraq masalarda qalır. Bu gün bütün toylarda ifrat israfçılıq var. 

İlahiyyatçı hesab edir ki, toylardakı israfçılıq həm də günahdır:

“Ertəsi gün masalarda qalıb xarab olan yeməklər, çörəklər zibilxanalara atılır. Bu isə artıq vəhşilikdir. Allah deyir, “israf etməyin, israfçılıq ən böyük günahlardan biridir”. Gəlin günahkar olmaqdan qaçaq. Qədim adət-ənənələrimizə uyğun sadə toylar edək. Restoranlara verdiyimiz onminləri də təzə evlənənlərə verək, onlara dəstək olaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO