Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı həyatını itirdi

Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı həyatını itirdi

Hazırda oxunan: Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı həyatını itirdi

208593

Lənkəranda xəstə əməliyyat zamanı həyatını itirib. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Mübariz Yusif oğlu Şərifov ürəyində yaranan problemə görə xəstəxanaya müraciət edib. 

Xəstəyə Bakı şəhərindən gələn həkim Yusif Abdulov baxıb və xəstədə ürək damarlarında tutulma olduğunu bildirib, təcili əməliyyat olunmasını zəruri hesab edib. 

Mərhumun yaxınlarının dediyinə görə, həkim onlara əməliyyatın müəyyən səbəblərə görə gecikdiyini deyirmiş. Yalnız dünən axşam saat 12 radələrində məlumat verilib ki, xəstə əməliyyat zamanı ölüb. Yaxınları ölüm faktını həkim səhlənkarlığı hesab edirlər. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO