65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı Şorsulu kəndində yerləşən “P-Aqro” MMC-nin Salyan filialında çalışan seçicilərlə görüş keçirdi.
Bizim.Media xəbər verir ki, ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
MÖVZU İLƏ BAĞLI:
Deputatlığa namizəd Günay Ağamalı Salyan şəhərində şəhid ailələri ilə görüşdü - FOTO/VİDEO
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və şəhid anası Arzu Quliyeva namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat verdilər və seçiciləri qarşıdan gələn növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə çağırdılar.
Görüşdə çıxış edən Günay Ağamalı platforması haqqında ətraflı məlumat verdi. O, görüşdə iştirak etdiklərinə və ona verdikləri dəstəyə görə təşəkkürünü və minnətdarlığını bildirərək, deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını söylədi.
Seçicilər sentyabrın 1-də növbədənkənar parlament seçkilərində Günay Ağamalıya uğurlar arzulayaraq, ona səs verəcəklərini bildirdilər.
Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.
Bizim.Media