General Orucov Ali Məhkəməyə MÜRACİƏT ETDİ

General Orucov Ali Məhkəməyə MÜRACİƏT ETDİ

Hazırda oxunan: General Orucov Ali Məhkəməyə MÜRACİƏT ETDİ

208583

“Tərtər işi” ilə bağlı məhkum edilmiş general-mayor Bəkir Orucov kassasiya şikayəti verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Orucov barəsindəki ittihamedici qərarın ləğv edilməsini istəyir. 

General ərizəsində şikayətin dəlilləri barədə ətraflı məlumat verib. O, Ali Məhkəmədən bəraətinə qərar verilməsini xahiş edir. 

General Orucovla birgə məhkum edilmiş mayorlar Ülvi Rəşidov və Rahib Məmmədov da eyni tələblə kassasiya şikayətləri veriblər. 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bəkir Orucova 6 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidova 9 il 2 ay, Rahib Məmmədova isə 6 il 2 ay azadlıqdan məhrumetmə cəzası verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO