Laçında ən yaşlı seçicinin 96 yaşı var – FOTO

Laçında ən yaşlı seçicinin 96 yaşı var – FOTO

Hazırda oxunan: Laçında ən yaşlı seçicinin 96 yaşı var – FOTO

208573

Laçın şəhərində yerləşən 106 saylı seçki məntəqəsi seçkiyə tam hazırdır. 

Bizim.Media xəbər verir ki, bu barədə "report.az"a məntəqənin sədri Qardaşxan Dostuyev deyib. 

Qeyd edək ki, məntəqə 121 saylı Laçın seçki dairəsinə aiddir. 

O bildirib ki, artıq seçicilərə bildirişlər paylanılır: 

"Qısa müddətdə seçicilərə bildirişlərin paylanması tam başa çatacaq. Çox fərəhləndiricidir ki, laçınlılar ilk dəfə doğma yurdlarında öz deputatlarını seçəcəklər". 

Sədr qeyd edib ki, məntəqədə 1320 nəfər seçici var. 

"Seçicilərimiz arasında 18 yaşına çataraq ilk dəfə səsvermə hüququndan istifadə edən gənclərimiz var. Eləcə də yaşlı seçicilərimiz də var ki, onlardan ən yaşlısının 96 yaşı var. Yaşla və səhhətləri ilə əlaqədar seçkiyə gələ bilməyən şəxslər üçün də öz ünvanlarında səsvermə təşkil olunacaq. Bunun üçün əvvəlcədən onlar müraciət etməlidirlər" - deyə məntəqə sədri bildirib. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO