Birincisi - ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri - inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı... Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir.
Uzunömürlü insanların əksəriyyətinin bölgələrdə yaşaması isə şəhər həyatının kəndlə müqayisədə daha zərərli olması ilə bağlı fikir formalaşdırıb.
Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Kəndlilər və şəhərlilərin orta ömür uzunluğu nə qədərdir:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ən çox uzunömürlülərin yaşadığı bölgələrin ADLARI AÇIQLANIB
Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilə görə ümumi ölkə üzrə orta ömür uzunluğu 76 yaşdır:
“Qadınlarda isə gözlənilən ömür uzunluğu 78, kişilərdə 73 olub. Şəhər insanlarının orta ömür uzunluğu 75.8, kəndlilərdə 76-dır”.
Bu isə o deməkdir ki, Azərbaycanda şəhər və kənd sakinlərinin orta ömür uzunluqlarının arasında heç də böyük fərq yoxdur.
Nuranə Daxilqızı, Bizim.Media