Prezidentin təltif etdiyi gənclər kimdir? - 5-i iş yoldaşıdır

Prezidentin təltif etdiyi gənclər kimdir? - 5-i iş yoldaşıdır

Hazırda oxunan: Prezidentin təltif etdiyi gənclər kimdir? - 5-i iş yoldaşıdır

208566

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sərəncam imzalayıb. Sərəncama əsasən, bir sıra gənclər təltif olunub ki, onlardan 7-si “Tərəqqi” medalına layiq görülüb.

 

Maraqlıdır ki, dövlət başçısı tərəfindən bu medala layiq görülənlərdən 5-i iş yoldaşıdır. Onlar, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun əməkdaşlarıdır.

 

Sfera.az onlar barədə məlumatları təqdim edir:

 

Orxan Ərəbov Gənclər Fondunun İcraçı direktorunun müavinidir.

Vüsalə Niftəliyeva Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiridir.

Günay Qədimbəyova da eyni şöbədə çalışır. Amma o, şöbənin Baş mütəxəssisidir.

Şəfəq Bayramova isə Gənclər Fondunun Maliyyə və təsərrüfat şöbəsində Baş mütəxəssisdir.

Qədirov Mübariz də Gənclər Fonunda çalışır. O, Fondun Gənclər təşkilatları ilə iş şöbəsinin Baş mütəxəssisidir.

“Tərəqqi” medalı ilə təltif olunan Qadir Əkbərov Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisidir.

Fuad Babayev Gənclər və İdman Nazirliyində çalışır. O, nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiridir. (Qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO