Atası 16 yaşlı oğlunun meyitini tapdı: "Əlimi ürəyinə qoydum, gördüm vurmur" - VİDEO

Atası 16 yaşlı oğlunun meyitini tapdı: "Əlimi ürəyinə qoydum, gördüm vurmur" - VİDEO

Hazırda oxunan: Atası 16 yaşlı oğlunun meyitini tapdı: "Əlimi ürəyinə qoydum, gördüm vurmur" - VİDEO

208531

Şəmkirdə 16 yaşlı İlham Qarayev adlı oğlanı qoyun otararkən ildırım vurub.

Bizim.Media xəbər verir ki, gənc elə hadisə yerindəcə həyatını itirib. Hadisə Şəmkir rayonunun Kamandarlı kəndi yaxınlığındakı çöllük ərazidə qeydə alınıb.

Onun meyiti atası tərəfindən həmin ərazidə aşkarlanıb.

"Mən evdə idim, uşaq qoyun otarırdı. Göy guruldayanda yanına getdim. Qoyunlara çatırdım, gördüm ki, yıxılıb. Əlimi ürəyinə qoydum, qolundan tutdum, nəbzi vurmurdu. Sinəsi bütün yanmışdı, qılçalarında yaralar var idi. Şalvarı əynində cırılıb, yanmışdı", - deyə mərhumun atası deyib.

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO