Məzahir Əfəndiyevin məqaləsi xarici mediada - FOTO

Məzahir Əfəndiyevin məqaləsi xarici mediada - FOTO

Hazırda oxunan: Məzahir Əfəndiyevin məqaləsi xarici mediada - FOTO

208517

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portallarında 26 Avqust – Laçın şəhəri gününə həsr olunmuş məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə zəngin, füsünkar təbiətə malik Vətənimizin hər bir şəhər, rayon və kəndinin Azərbaycan xalqı üçün nə dərəcədə əziz olduğu, Ulu Öndər Heydər Əliyevin birlik çağırışı ilə vətənsevər, fədakar övladlarımızın xalq hərəkatının geniş vüsət almasına yaratdıqları imkanlar, beləliklə 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan Azərbaycan Respublikasının son 35 ildə davamlı olaraq inkişaf etdiyinə dair məlumatlar öz əksini tapıb.

Eyni zamanda, millət vəkili müstəqilliyimizin ilk illərində torpaqlarımıza göz dikmiş qəsbkar Ermənistan dövlətinin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa hərbi təcavüzü, mədəniyyət incimiz Şuşa, Laçın, Kəlbəcər və digər şəhərlərimizin 30 il müddətinə işğal altına düşməsi, eləcə də 2020-ci ildə 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğalçılardan təmizlənməsi, imzalanmış üçtərəfli 10 noyabr tarixli bəyanata əsasən suverenliyimizin bərpasının sürətlənməsi ilə bağlı bir sıra məqamlara toxunub.

Burada əsas məqam isə bu günlərdə xalqımızın 26 avqust – Laçın şəhəri gününü qeyd etməsi, son üç il ərzində Laçında yüksək zövq və keyfiyyətlə genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, Azərbaycan Prezidentinin bura mütəmadi səfərlər etməsi və şəxsən yeni infrastruktur layihələrinin açılışlarında iştirak etməsindən ibarətdir.

Sonda M.Əfəndiyev məqalədə dünyanın mötəbər tədbirlərinə ev sahibliyi edən Azərbaycanın 2026-cı ildə ən böyük qlobal platforma olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini, məhz həmin tədbir vasitəsilə ölkəmizin Qarabağda həyata keçirilən şəhərsalma və tarixi irsin qorunması işininin milli konsepsiya olaraq tətbiq olunması üçün imkan əldə edəcəyini qeyd edib.

Həmin məqalə ilə aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz:

//www.eureporter.co/world/2024/08/23/26-august-lachin-city-day/ 

//www.newyorkglobe.org/2024/08/23/26-august-lachin-city-day/ 

//www.london-globe.com/united-kingdom/2024/08/23/26-august-lachin-cityday/

//www.globodiroma.it/2024/08/23/26-agosto-giornata-della-citta-di-lachin/ 

//www.globodiroma.it/2024/08/23/26-agosto-giornata-della-citta-di-lachin/ 

//www.brusselsstandard.eu/2024/08/23/26-august-lachin-city-day/ 

//www.globoespana.com/2024/08/23/26-de-agosto-dia-de-la-ciudad-de-lachin/ 

//www.leglobefrance.fr/uncategorized/2024/08/23/26-aout-journee-de-la-ville-de lachin/

//www.leglobefrance.fr/en-vedette/2024/08/23/26-aout-journee-de-la-ville-de-lachin/ 

//www.globusdeutschland.de/2024/08/23/26-august-tag-der-stadt-lachin/ 

//www.globenederland.eu/2024/08/23/26-augustus-dag-van-de-stad-lachin/ 

//www.rag.media/2024/08/23/26-august-lachin-city-day-3/



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO