Ölkədə fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir.
Bu barədə Bizim.Media-ya Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
“Kiberdələduzlar e-poçt vasitəsilə bank ödənişlərinin tamamlanması ilə bağlı saxta məlumatlar göndərərək istifadəçiləri zərərli qoşmalara yönləndirirlər. Qoşmanın tərkibində fərdi məlumatları ələ keçirmək üçün zərərli “keylogger” proqramı yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu cür hallara qarşı diqqətli olmağı və şübhəli qoşmalara daxil olmamağı, yükləməməyi, həmçinin hər hansı qurumun adından bu tip məlumatlarla qarşılaşdıqda, ilk növbədə həmin qurumla əlaqə saxlayaraq dəqiqləşdirməyi tövsiyə edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:15 / 26.08.2024
Bankların adından fişinq cəhdləri həyata keçirilir - XƏBƏRDARLIQ/FOTO
Hazırda oxunan: Bankların adından fişinq cəhdləri həyata keçirilir - XƏBƏRDARLIQ/FOTO
Hazırda oxunan: Bankların adından fişinq cəhdləri həyata keçirilir - XƏBƏRDARLIQ/FOTO
208512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.