Bakıda yataqxanadakı yanğının törətdiyi FƏSADLAR

Bakıda yataqxanadakı yanğının törətdiyi FƏSADLAR

Hazırda oxunan: Bakıda yataqxanadakı yanğının törətdiyi FƏSADLAR

208503

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin (yaşayış olmayan) yanar konstruksiyaları, dəhlizə yığılan ev əşyaları 12 m² sahədə, 1 ədəd pəncərə çərçivəsi və digər iki mənzilin qapıları yanıb.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb, digər mənzillər yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO