Azad edilmiş ərazilərdə ötən həftə 110 mina ZƏRƏRSİZLƏŞDİRİLİB

Azad edilmiş ərazilərdə ötən həftə 110 mina ZƏRƏRSİZLƏŞDİRİLİB

Hazırda oxunan: Azad edilmiş ərazilərdə ötən həftə 110 mina ZƏRƏRSİZLƏŞDİRİLİB

208502

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən avqustun 19-dan 25-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan Bizim.Media-ya bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 78, tank əleyhinə 32 mina və 839 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1308.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO