Seçicilər ən layilqi namizədə dəstəklərini ifadə etdilər - FOTO

Seçicilər ən layilqi namizədə dəstəklərini ifadə etdilər - FOTO

Hazırda oxunan: Seçicilər ən layilqi namizədə dəstəklərini ifadə etdilər - FOTO

208496

125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd Nigar Ələsgərovanın seçicilərlə silsilə görüşləri davam edir. 

Seçkiqabağı təşviqat-təbliğat kampaniyası çərçivəsində keçirilən növbəti görüş Sumqayıt şəhərində yerləşən Qubadlı şəhər 1 nömrəli tam orta məktəbində baş tutub.

Görüşdə müxtəlif sosial təbəqələrdən olan qubadlılı və zəngilanlı seçicilər iştirak ediblər. Görüşə həmçinin, sözügedən rayonlardan olan Vətən müharibəsi qaziləri, veteranlar, şəhid ailələrinin üzvləri, müxtəlif ictimai birliklərin idarə heyəti və üzvləri qatılaraq deputatlığa namizədə tam dəstəklərini ifadə ediblər. 

Milli Məclis üzvlüyünə namizəd Nigar Ələsgərova çıxış edərək tərcümeyi-halı, platforması barədə məlumat verib.


MM üzvlüyünə seçiləcəyi təqdirdə, seçicilərlə dövləti arasında ən etibarlı körpü olacağını vurğulayan namizəd bölgənin və bölgə insanının problemləri ilə yaxından tanış olduğunu, quru vədlər verən namizəd və deputatlardan fərqli olaraq bu problemlərin həlli üçün var gücü ilə çalışacağını qeyd edib. Əslən bu regiondan olduğunu diqqətə çatdıran Nigar xanım sözügedən bölgədə iqtisadi həyatın dirçəldilməsi, sakinlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə ayrıca Fondun təsis olunacağını, çeşidli layihələr reallaşdırılacağını da bildirib.

Kəndlərdə kiçik sahibkarlıq müəssisələrinin yaradılması ilə bağlı böyük təcrübəyə malik olduğunu xatırladan namizəd gələcəkdə Zəngilan və Qubadlı rayonlarında da bacarıqlı sakinlərə kiçik və orta sahibkarlıq müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün hərtərəfli yardım edəcəyinə, yerli iş adamlarına dəstək olacağını vurğulayıb. 


Görüşdə Vətən müharibəsi qazilərini, iştirakçılarını və şəhid ailələrinin üzvlərini diqqətlə dinləyən N.Ələsgərova bu kateqoriyadan olan insanları narahat edən məsələlərin daim diqqətdə saxlanacağını  söyləyib. 

Səmimiyyət və qarşılıqlı hörmət şəraitində keçən görüşün iştirakçıları Nigar xanıma dəstəklərini ifadə ediblər.

Elə həmin gün Qobu Parkda açıq hava şəraitində keçən növbəti görüşdə seçicilər qarşısında çıxış edən Nigar Ələsgərova özü haqqında məlumat verib, fəaliyyətindən danışıb. Qeyd edib ki, fəaliyyəti dövründən onlarla gəncin inkişafında xüsusu rolu olub, çoxlu sosial-iqtisadi layihələr həyata keçirib, beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil edib, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirib.

Deputatlığa namizəd son dövürlərdə fəaliyyətində sosial və aqrar layihələrin üstünlük təşkil etdiyini bildirib.


O, ölkə üzrə müxtəlif regionlarda “Kənd qonaq evləri”ni yaratdığını, bu kimi işlərin gələcəkdə Qubadlı və Zəngilanda da həyata keçircəyəni vurğulayıb. N.Ələsgərova layihərinin böyük hissəsini qadınlar və gənclərə, işsizliyin aradan qaldırılmasına yönəldəcəyini də vəd edib.

Görüşdə seçicilər qarşılaşdıqları problemlərdən, həllini gözlədikləri məsələlərdən söhbət açıblar. 

Görüşün sonunda seçicilərə deputatlığa namizədin seçki platformasının əks olunduğu bukletlər paylanılıb.

Nigar Ələsgərovanın tərcümyei halı: //nigaralasgarova.az/tercumeyi-hal/




































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO