Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşdü – FOTO

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşdü – FOTO

Hazırda oxunan: Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşdü – FOTO

208494

Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə BMT-nin Baş katibi Antonio Quttereş arasında Tonqada görüş baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi "X hesabında paylaşım edilib. 

Tərəflər Sakit okean adalarının səslərini dünyaya çatdırmaq, həmçinin COP29-dan əvvəl daha möhkəm, davamlı gələcək qurmaq üçün çalışdıqlarını vurğulayıblar. 
 

Qeyd edək ki, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Okeaniyadakı 18 dövlət və ərazinin liderləri bu gün Sakit Okean Adaları Forumunun 53-cü iclası üçün Tonqa Krallığında toplaşıb. Bu forum Okeaniya ölkələri və əraziləri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yaradılıb.


Təşkilatın üzvləri Avstraliya, Kuk adaları, Fici, Vanuatu, Mikroneziya Federativ Ştatları, Fransız Polineziyası, Nauru, Yeni Kaledoniya, Yeni Zelandiya, Niue, Palau, Papua-Yeni Qvineya, Samoa, Solomon adaları, Tonqa Krallığı, Tuvalu, Kiribati, Marşal adaları, assosiativ üzv – Tokelaudur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO