Naxçıvanda top mərmisi tapıldı – FOTO

Naxçıvanda top mərmisi tapıldı – FOTO

Hazırda oxunan: Naxçıvanda top mərmisi tapıldı – FOTO

208402

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. 
 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 120 mm-lik top mərmisi olduğu müəyyən edilib. 


Sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. 

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO