Şəmkirdə avtomobil piyadanı vurdu, sonra da digər avtomobillə toqquşdu

Şəmkirdə avtomobil piyadanı vurdu, sonra da digər avtomobillə toqquşdu

Hazırda oxunan: Şəmkirdə avtomobil piyadanı vurdu, sonra da digər avtomobillə toqquşdu

208371

Şəmkirdə piyadanı vuran avtomobil onu xəstəxanaya apararkən təkrar qəza törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir  şəhərində, 14-cü küçə adlanan ərazidə baş verib.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2014-cü il təvəllüdlü N.Qədimovanı vurub.

Hadisədən sonra VAZ-ın sürücüsü xəsarət alan piyadanı xəstəxanaya apararkən yolda "Lexus" markalı minik avtomobii ilə də toqquşub.

Qəza zamanı "Lexus"un sərnişini 1983-cü il təvəllüdlü Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hər iki hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO