Ötən gün Kürdəmirdə baş verən ağır qəza ilə bağlı TƏBİB-dən açıqlama verilib.
Belə ki, Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 24.08.2024-ci il saat 23:10 radələrində yol-nəqliyyat hadisəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım həkimi Emin Maxsudun sözlərinə görə, onlardan 2002-ci il təvəllüdlü şəxsə sol körpücük sümüyün yerdəyişmiş sınığı, 2003-cü il təvəllüdlü şəxsə isə başın təpə nahiyəsinin əzilmiş, yarısı cırılmış diaqnozu təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilirdikdən sonra 2002-cil təvəllüdlü şəxs paytaxtdakı tibb müəssisələrinin birinə təxliyə edilib.
Digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb.
Qəza nəticəsində 1 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.
Qeyd edək ki, faktla ilə bağlı Kürdəmir rayon polis şöbəsində cinayət işi açılıb və ibtidai istintaq davam etdirilir.
Bizim.Media, Aran bürosu
![Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI - HƏKİMDƏN AÇIQLAMA Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI - HƏKİMDƏN AÇIQLAMA](https://bizim.media/file/articles/2024/08/25/1724595852_5357438640940244577.jpg)
- A-
- A
- A+
Cəmiyyət
18:22 / 25.08.2024
Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI - HƏKİMDƏN AÇIQLAMA
Hazırda oxunan: Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI - HƏKİMDƏN AÇIQLAMA
Hazırda oxunan: Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI - HƏKİMDƏN AÇIQLAMA
208333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.