Kürdəmirdə ev YANDI - FOTO

Kürdəmirdə ev YANDI - FOTO

Hazırda oxunan: Kürdəmirdə ev YANDI - FOTO

208202

Kürdəmirdə fərdi yaşayış evi yanaraq külə dönüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Məlikov Feyruz Nəzər oğluna məxsus ümumi sahəsi 92 kv metr olan birmərtəbəli 2 otaq 1 zal və 1 mətbəxdən ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.











Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO