Lerikdə avtomobil dağa ÇIRPILDI - FOTO

Lerikdə avtomobil dağa ÇIRPILDI - FOTO

Hazırda oxunan: Lerikdə avtomobil dağa ÇIRPILDI - FOTO

208184

Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lerik rayon Hamarat kənd sakini 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. 

Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olanlar - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. 

Hər üç yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, hər üç şəxs qəbir daşları ustasıdır.

Faktla bağlı araşdırma aparılır.




Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO