Rəqəmsal mediada istifadə etdiyimiz emojilər dilimizi UNUTDURUR?

Rəqəmsal mediada istifadə etdiyimiz emojilər dilimizi UNUTDURUR?

Hazırda oxunan: Rəqəmsal mediada istifadə etdiyimiz emojilər dilimizi UNUTDURUR?

208169

Rəqəmsal mediada ifadə forması kimi istifadə edilən “emoji” jest və mimikaları əvəz edir. Mütəxəssislər emojilərin bu gün mühüm ünsiyyət vasitəsi olduğunu bildirir.

Emojilər dilimizi unutdurur?

Sosial media tətbiqlərinin yayılması ilə üz ifadələrindən idman növlərinə, yemək növlərindən nəqliyyat vasitələrinə qədər müxtəlif vizual görüntülər “emoji” adı altında tez-tez istifadə olunmağa başlayıb. İstər mesajlaşma, istərsə də vizual və video paylaşımlarda istifadə edilən emojilər bəzən mətni belə əvəz edə bilir. Bu yolla istifadəçilər öz hiss və düşüncələrini qarşı tərəfə rahatlıqla çatdıra bilirlər. Bununla belə, narahatlıqlar var ki, emojilərdən istifadə emosiyaları çatdırmağın asan yolu olmaqla yanaşı, dildən istifadə vasitəsilə dili anlamaq qabiliyyətini zəiflədir.

“Heroqliflərə qayıdış”

Uzun illər üstünlük verilən bu ifadə növü ilə bağlı xaricdəki ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Kiyev Metropolitan Universitetinin Alman filologiyası kafedrasının müdiri, professor Boris Qrinçenko Rusudan Maxaçaşvili insanların emojilərdən istifadəsini “heroqliflərə qayıdış” kimi şərh edir. Kaliforniya Berkli Universitetinin Antropologiya Departamentindən professor Gı Cing bildirir ki, emojilərdən istifadənin intellektual struktura müsbət və ya mənfi təsir göstərəcəyini söyləmək çətindir. Cing emojilərdən istifadənin emosional ünsiyyəti yaxşılaşdırdığını bildirir və emojilərin yazılı mesajlara aydınlıq qatdığını vurğulayır. Gənclərin çoxlu emoji istifadə etdiyini bildirən Cing, ünsiyyəti şərh etmə qabiliyyətlərinin də yaxşılaşdığını bildirir.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO