Bakıda fəaliyyətə başlayan velosiped kirayəsi xidmətində TARİFLƏR

Bakıda fəaliyyətə başlayan velosiped kirayəsi xidmətində TARİFLƏR

Hazırda oxunan: Bakıda fəaliyyətə başlayan velosiped kirayəsi xidmətində TARİFLƏR

208160

Xəbər verildiyi kimi Bakı şəhərində ilk "bike-sharing" (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb. Məlumata görə, velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır. Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib.

Velosipedlərin kirayə haqqı nə qədərdir?

Bizim.Media xəbər verir ki, qiymətlərlə bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ilk velosiped kirayəsi xidməti fəaliyyətə BAŞLAYIB


Belə ki, "Velo 30" paketinin 30 günlük qiyməti 11.99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.

Elektron velosiped paketinin (e-Velo30+) 30 günlük qiyməti 35.99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.

"Velo365" paketi 365 gün faydalanmaq imkanı yaradır, qiymət 35,99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO