Qarabağ universitetinə 1104 nəfər QƏBUL olub

Qarabağ universitetinə 1104 nəfər QƏBUL olub

Hazırda oxunan: Qarabağ universitetinə 1104 nəfər QƏBUL olub

208147

Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 1104 tələbənin orta qəbul balı 467,6 təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ Universitetindən bildirilib.

Qeyd edilib ki, 2024 – 2025-ci tədris ili üzrə Universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub.

I ixtisas qrupunda 6 ixtisas (Riyaziyyat müəllimliyi, Elektrik və elektronika mühəndisliyi, İnşaat mühəndisliyi, Kompüter mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 475,5 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 659,9 balla Riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb.

Olimpiada qalibi olan 1 abituriyent isə Universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.

II ixtisas qrupunda Universitetə 7 ixtisas (Beynəlxalq ticarət və logistika, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Menecment, Mühasibat, Turizm işinin təşkili) üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 641,7 balla Maliyyə ixtisasında qeydə alınıb.
Onu da qeyd edək ki, Universitetdə Maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.

III ixtisas qrupunda 6 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Tarix) üzrə Qarabağ Universitetinə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 531,3 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisasında qeydə alınıb.

Universitetdə Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub.

IV ixtisas qrupunda 1 ixtisas (Psixologiya) üzrə Qarabağ Universitetinə 30 tələbə qəbul olub. Bu ixtisas üzrə isə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə 570,6 bal olub.

Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (Musiqi müəllimliyi (fortepiano, violin, klarnet, tar, kamança, saz, nağara, qarmon), Dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), Dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), İnstrumental ifaçılıq (fortepiano, violin, klarnet), İnstrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), Vokal sənəti (xanəndəlik), Vokal sənəti (milli vokal)) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.

Qeyd edək ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində Universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO