Polis Akademiyasına 500 nəfər kursant QƏBUL OLUNDU

Polis Akademiyasına 500 nəfər kursant QƏBUL OLUNDU

Hazırda oxunan: Polis Akademiyasına 500 nəfər kursant QƏBUL OLUNDU

208102

Polis Akademiyası 2024-2025-ci il üçün 500 nəfər kursantı qəbul edib. Daxili işlər orqanlarında təhsilə və xidmətə yararlılığı nəzərə alınaraq seçilən 2250 namizəddən 500 nəfər Akademiyanın “Hüquqşünaslıq” ixtisasına qəbul olub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

"Keçid balı 451,9 olub ki, bu da ötən tədris ili ilə müqayisədə tələbə qəbulunun 200 nəfər artırılmasına baxmayaraq keçid balı 12,6 bal yüksəlib. Ən yüksək nəticə 665,7 bal olub, abituriyentlərdən 50 nəfəri 600-dən (ötən illə müqayisədə 36 nəfər çox) yuxarı bal toplayıb. Hal-hazırda bütün kursantlar Akademiyaya dəvət olunub və tədris başlayana qədər onların hazırlıq mərhələsinə başlanılıb", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO