”WhatsApp”da YENİLİK – Artıq nömrə verməyə...

”WhatsApp”da YENİLİK – Artıq nömrə verməyə...

Hazırda oxunan: ”WhatsApp”da YENİLİK – Artıq nömrə verməyə...

208047

”WhatsApp”da telefon nömrəsini paylaşmaq öhdəliyi artıq ləğv olunur. 

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, “WhatsApp" artıq yeni dövrə, istifadəçi adı dövrünə qədəm qoyur. 
 

Yeniliyə əsasən artıq kimləsə yazışmaq üçün ona mobil nömrənizi vermək məcburiyyətində olmayacaqsınız. Bunun üçün digər sosial şəbəkələrdəki kimi istifadəçi adını vermək kifayət edəcək. 


Yeni beta versiyası, həmçinin istifadəçilərə istifadəçi adı təyin edərkən spam və arzuolunmaz qarşılıqlı əlaqəni məhdudlaşdırmaq üçün PİN kodu təyin etməyə də imkan verəcək. 

"WhatsApp" istifadəçilərə üç məxfilik seçimi təklif edəcək. Birinci: istifadəçi adı. Sonuncu: telefon nömrəsi. 

Beləliklə, istifadəçilər mobil telefon nömrələrini kiminlə paylaşmaq istəmədiklərinə özləri qərar verəcəklər.

Daha bir məxfilik seçimi isə dörd rəqəmli PİN kodu olan istifadəçi adıdır. Bu funksiyanı yandırdığınız zaman yalnız bu PİN kodu bilən istifadəçilər sizə mesaj göndərə biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO