Son zamanlarda ürək-damar xəstəlikləri səbəbilə ölənlərin sayı artıb. Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.
“World Statistics” beynəlxalq statistika mərkəzinin apardığı araşdırmaya görə, Azərbaycan ürək xəstəlikləri səbəbindən hər 100 min nəfərə 388 ölümlə siyahıda ikinci yerdədir.
Amma məhz son günlərdə ürək probleminə görə ölənlərin sayında artım insanlarda təşvişə səbəb olub.
Bunun səbəbi nədir?
Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, əvvəllər ürək xəstəliyindən ölümlərin çoxluğunda qidalanmağımız, az hərəkətliliyimiz, əsəb, stres, ekoloji və digər faktorlar rol oynayırdısa, indi səbəb koronavirusdur:
“Koronavirus pandemiyası göstərdi ki, zədələnmiş damarlar, ateromanın tutulması çox geniş hal alıb. Koronavirusdan ölüm hallarının çoxu da məhz damar tutulmasına görə oldu. Nəzərə alsaq ki, insanların əksəriyyəti gedib peyvənd olunmadan vaksin kağızı aldı, bu da xırda epidemiyaların davam etməsinə gətirib çıxardı. Bu gün hələ də yoluxma halları davam edir.
Onlar arasında isə kamorbid vəziyyəti, bədənində interferon səviyyəsi aşağı olan, onkoloji xəstələr və s. var ki, bu şəxslərdə ölüm halları arta bilər.
Çünki koronavirus vaxtı sosial şəbəkələrdə laqeyd adamların vaksin əleyhinə yazdığı statuslar təlqinə meyilli şəxslərə təsir etdi və ona görə də bunun nəticələrini biz indi görürük”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:50 / 24.08.2024
“Ürək xəstəliklərindən ölümlərin artmasına koronavirus səbəb oldu” – Professordan SENSASİON AÇIQLAMA
Hazırda oxunan: “Ürək xəstəliklərindən ölümlərin artmasına koronavirus səbəb oldu” – Professordan SENSASİON AÇIQLAMA
Hazırda oxunan: “Ürək xəstəliklərindən ölümlərin artmasına koronavirus səbəb oldu” – Professordan SENSASİON AÇIQLAMA
208043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.