Avqustun 15-dən internetin minimum qiyməti 18 manatdan 25 manata qaldırılıb. Qiymətin artırılmasında məqsəd internetin keyfiyyətini yaxşılaşdırmaq idi.
Belə ki, əvvəl minimum sürət 40 Mbit idisə, qiymət artımı ilə əlaqədar minimum sürətin 100 Mbit-ə qaldırılacağı vəd olunmuşdu.
Bəs nəticə necədir?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda internet BAHALAŞIR
Bizim.Media suala cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirib. Sorğuda iştirak edən şəxslərin əksəriyyəti internetin sürətindən narazılıqlarını ifadə ediblər.
“Aztelekom” MMC-dən isə Bizim.Media-ya bildirilib ki, internetin keyfiyyətində kütləvi nasazlıq müşahidə etmirlər. Sürətin zəifləməsinə səbəb isə yaxşı quraşdırılmamış, köhnə modem, 100 Mbit sürəti qarşılamayan cihazlar, eləcə də dalğaların düzgün konfiqurasiya olunmamasıdır.
Daha ətraflı videoda:
Nuray, Səid Qurbanov, Bizim.Media