Zərdabda sürücülərə qarşı reyd: 25 nəfər CƏRİMƏLƏNDİ – FOTO

Zərdabda sürücülərə qarşı reyd: 25 nəfər CƏRİMƏLƏNDİ – FOTO

Hazırda oxunan: Zərdabda sürücülərə qarşı reyd: 25 nəfər CƏRİMƏLƏNDİ – FOTO

208027

Zərdabda reyd zamanı 25 nəfər sürücüyə inzibati qaydada cərimə tətbiq olunub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Zərdabda rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları yollarda hərəkətin nizamlanması istiqamətində yol hərəkəti qaydalarını pozan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı tədbir keçirib. 
 

Belə ki, ağır tonajlı, iri qabaritli yük avtomobillərinin girişi qadağan olan prospekt və küçələrdə qadağa nişanına məhəl qoymayan sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb.


Eyni zamanda yaşayış məntəqələrinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən sürücülər də qanundan yayına bilməyib. Bəzi sürücülər yol hərəkəti qaydalarını pozsalar da, özlərini haqlı çıxarmağa çalışıblar. 

Zərdab rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan xeyli sayda sürücü cərimələnib, onlardan bəzilərinin avtomobili cərimə meydançasına aparılıb. Görülən tədbirlərlə 50-ə yaxın avtonəqliyyat vasitələri saxlanılıb.

Onlardan 25 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokollar tətbiq olunub.
 

Bundan başqa təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya edən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, eləcə də avtomobili saxla əmrinə əməl etməyən sürücülər də yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibatı cəza tədbirləri görülüb.


Reyd zamanı bilməyərəkdən qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılaraq yola salınıb. 










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO