DİN-dən Qarabağa getmək istəyənlərə MÜRACİƏT

DİN-dən Qarabağa getmək istəyənlərə MÜRACİƏT

Hazırda oxunan: DİN-dən Qarabağa getmək istəyənlərə MÜRACİƏT

208014

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslərə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətindən bildirilib. 

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslər aşağıdakı tələblərə riayət edilməlidir: 

- şəxsiyyəti təsdiq edən sənəd daim üzərində olmalı; 

- sənədlərin, şəxsi əşyaların və avtomobilin baxış üçün təqdim olunması və s. haqda polis əməkdaşının qanuni göstərişləri yerinə yetirilməli; 

- avtomobildə yaranmış texniki nasazlıq, üzləşdiyi qəza, yanğın, partlayış və digər hadisələr, tapılan silah, sursat, partlayıcı maddə və başqa əşyalar barədə dərhal DİN-in "102" Xidmətinə məlumat verilməli; 

- əvvəlcədən müəyyən olunmuş marşrutdan yayınmamalı və alternativ yollarla hərəkət etməməli; 

- mənşəyi məlum olmayan əşyalara toxunmamalı; 

- hərbi texnikanın və hərbi obyektlərin video və foto çəkilişini aparmamalı; 

- hər-hansı şəxsdən bağlama, çanta və mənşəyi məlum olmayan əşya qəbul etməməli; aidiyyəti orqanların razılığı olmadığı halda çadır qurmamalı, tonqal qalamamalı, su hövzəsinə daxil olmamalı; 

- hərəkət marşrutu üzrə və olduğu ərazilərdə təmizliyə riayət etməli, məişət tullantılarını urnalardan kənara atmamalı; 

- gəldiyi ərazidə icazə verilmiş vaxtdan artıq qalmamalı (gecələməməli); 

- əraziyə spirtli içki, psixotrop, tezalışan və partlayıcı maddələr, hər hansı növ silah aparmamalı; 

- müvafiq icazəsi olmayan şəxslərin əraziyə keçməsinə köməklik etməməli və yaxud digər formada şərait yaratmamalı. 

Qeyd olunan tələbləri pozan şəxslər dərhal ərazidən çıxarılır, portal sistemindəki icazələri ləğv edilir, həmçinin qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO