Azərbaycan dilini bilməyənlər iş tapa bilməyəcəklər

Azərbaycan dilini bilməyənlər iş tapa bilməyəcəklər

Hazırda oxunan: Azərbaycan dilini bilməyənlər iş tapa bilməyəcəklər

207979

Dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da dil səviyyəsini göstərəcək imtahanların təşkili gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri  Məleykə Abbaszadə deyib.

“Artıq 6 ildir ki, ekspertlərimizlə birlikdə ölkədə Azərbaycan dili üzrə sertifkasiya imtahanı üzərində işləyirik. Birinci mərhələdə bu prosesin pilot layihə əsasında keçirilməsi nəzərdən keçirilir. İlkin etapda imtahanda iştirak edəcək 2 minə yaxın müxtəlif yaş və sosial kateqoriyada olan şəxslərin nəticələrinə baxaraq qoyulan tələblərlə real nəticələrin uyğunluğu müəyyənləşdirəcəyik. Həmin pilot nəticələr təhlil edildikdən sonra artıq biz real imtahanları keçirməyə başlayacayıq”, - o bildirib. 

Məleykə Abbaszadə qeyd edib ki, layihənin sentyabrın əvvəlində keçirilməsi nəzərdə tutulur: 

“Oradakı şərtlərdən biri anketin doldurulması ilə bağlı olacaq, bu da  bizə imtahanda iştirak edəcək şəxslərin yaşını, təhsilini, işini öyrənərək gələcək üçün imtahanın təşkilində daha yaxşı nəticələr əldə edə bilməyimizə şəarait yaradacaq. Pilot layihədə iştirak edəcək şəxslər imtahanda pulsuz yararlanacaq və nəticələr sonda onlara göndəriləcək. Burada tək dinləyib - anlama deyil, yazı işi və sair proseslər də olacaq. Hər kəs hansı kateqoriyada işləmək istədiyini özü seçərək ona uyğun imtahan verəcək”. 

Sertifkasiya imtahanının nəticələrindən danışan Məleykə Abbaszadə onu da bildirib ki, pilot imtahanlarının nəticəsindən aslı olaraq, imtahanın ümumi məzmununa korrekteedici işlər apara bilərik. 

"Nəticədə, Azərbaycan dili üzrə sertifkasiya imtahanından keçən şəxslər Azərbaycan dili ilə bağlı bəzi imtahanlardan azad olunacaq. Məsələn, rus və ingilis bölməsini bitirənlər Azərbaycan dili üzrə imtahan verirlər, əgər onlar sertifkasiya imtahnında iştirak edirsə, bu kontentdə əlavə imtahana ehtiyac qalmayacaq.  Eyni zamanda Azərbaycanda işləmək istəyən, diplomunu tanıtmaq istəyən xaricilər üçün də bu proses önəm daşıyacaq. İşlədiyi sahədə dil biliyi önəm daşıyan şəxslər ki var onlar da imtahandan keçiriləcək, bura həkimlər, hüquqşünaslar bir sözlə insanlarla davamlı işləyən hər kəs aiddir”.  
 

DİM sədri televiziyaya açıqlamasında vurğulayıb ki, imtahanı verən şəxslərin Azərbaycan dilini hansı səviyyədə bildiyini göstərən sənəd olacaq və digər normativ sənədlərdə də müvafiq sahəyə hansı dil səviyyəsi lazım olduğu göstəriləcək. 


"Şərtləri ödəyən şəxslər əlavə imtahanlardan azad olacaq. Bu sahədə ilk addımları indi atsaq, belə prosesin sürətlə irəlləməsi gözlənilir”. - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO