Veb-kamera quraşdırılan seçki məntəqələrinin SİYAHISI AÇIQLANDI

Veb-kamera quraşdırılan seçki məntəqələrinin SİYAHISI AÇIQLANDI

Hazırda oxunan: Veb-kamera quraşdırılan seçki məntəqələrinin SİYAHISI AÇIQLANDI

207965

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilib. 

Qeyd edilib ki, növbədənkənar seçkilərdə səsvermə prosesini izləmək üçün 119 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. 

Xatırladaq ki, Azərbaycanda seçki məntəqələrində 2008-ci ildən veb-kameralardan istifadə edilir. 
 

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. 


Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı ilə bu link vasitəsilə tanış ola bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO