Qarabağ Universitetinə neçə tələbə QƏBUL OLUB? – ARAŞDIRMA

Qarabağ Universitetinə neçə tələbə QƏBUL OLUB? – ARAŞDIRMA

Hazırda oxunan: Qarabağ Universitetinə neçə tələbə QƏBUL OLUB? – ARAŞDIRMA

207958

Xəbər verdiyimiz kimi, 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələri açıqlanıb.

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında Qarabağ Universitetinə plan yerlərinin tam dolduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Universitetinə qəbul planı TAM DOLDU – FOTO


Xatırladaq ki, Universitetdə I ixtisas qrupu üçün 290 yer, II və III qruplar üçün 330 plan yeri ayrılıb.

Beləliklə, ümumilikdə 950 tələbə Qarabağ Universitetinə qəbul olunub.  

I ixtisas qrupunda:

Riyaziyyat müəllimliyi (RK): 60 yer

Elektrik və elektronika mühəndisliyi (RK): 40 yer

İnşaat mühəndisliyi (RK): 40 yer

Kompüter mühəndisliyi (Rİ): 100 yer

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (RK): 30 yer

Mexatronika və robotexnika mühəndisliyi: 30 yer

II ixtisas qrupunda:

Beynəlxalq ticarət və logistika: 30 yer

Dövlət və bələdiyyə idarəetməsi: 40 yer

İqtisadiyyat: 40 yer

Maliyyə: 40 yer

Menecment: 30 yer

Mühasibat: 30 yer

Turizm işinin təşkili: 120 yer

III qrupda:

Azərbaycan dili və ədəbiyyat müəllimliyi: 60 yer

İbtidai sinif müəllimliyi: 60 yer

Xarici dil müəllimliyi: 60 yer

Beynəlxalq münasibətlər: 60 yer

Hüquqşünaslıq: 60 yer

Tarix: 30 yer

Qeyd edək ki, universitetdəki bütün ixtisaslar dövlət sifarişlidir.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO