Komitə sədri G20 Dinlərarası Forumu çərçivəsində bir sıra görüşlər keçirdi - FOTO

Komitə sədri G20 Dinlərarası Forumu çərçivəsində bir sıra görüşlər keçirdi - FOTO

Hazırda oxunan: Komitə sədri G20 Dinlərarası Forumu çərçivəsində bir sıra görüşlər keçirdi - FOTO

207943

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Braziliya Federativ Respublikasında keçirilən G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond, təşkilat rəhbərləri və dövlət nümayəndələri ilə görüşlər keçirib.

Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, G20 Dinlərarası Forumunun prezidenti Kol Durhamla görüş zamanı R.Məmmədov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə tolerantlıq ənənələrinin və multikultural mühitin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, COP29 konfransı çərçivəsində keçiriləcək dini liderlərin sammitində qlobal çağırışların nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə müzakirə olunacağını bildirib.

Kol Durham dünyada sülh və əmin-amanlığın, dostluq münasibətlərinin bərqərar olması naminə beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac olduğunu qeyd edərək, Azərbaycanın bu sahədə təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayıb.

ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü Ulises Soares ilə görüşdə komitə sədri ölkə rəhbərliyinin Azərbaycanda mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti barədə danışıb.

U.Soares isə kilsə üzvlərinin ölkəmizə səfəri zamanı dinlərarası harmoniya mühitinin əyani şahidi olduqlarını, Azərbaycanın tolerantlıq təcrübəsinin yayılmasının önəmini diqqətə çatdırıb.

Sonra Ramin Məmmədov Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb. Görüşdə dini ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizədə dini və dünyəvi tərəfdaşlığın rolu müzakirə edilib.

Özbəkistan Prezidentinin müşaviri Muzaffar Kamilovla görüşdə isə din sahəsində dövlət siyasəti ilə bağlı təcrübə mübadiləsi, iki ölkənin müvafiq qurumlarının əməkdaşlığı, birgə tədbirlər haqqında fikir mübadiləsi aparan R.Məmmədov dünyada dini ayrı-seçkiliyə son qoymaq üçün dialoqun əhəmiyyətini diqqətə çatdırıb.

Komitə sədri, bundan başqa Stirlinq Fondunun prezidenti Mayls Hansenlə, Radiant Fondunun icraçı direktoru Ancela Reddinqlə, Dinlərarası Alyansın vitse-prezidenti Hamad Xatir ilə görüşlər keçirib. Müzakirələr zamanı Azərbaycanın zəngin milli-tarixi ənənəyə əsaslanan və beynəlxalq hüquqi normalarla tənzimlənən dövlət-din münasibətləri barədə danışılıb, 30 illik işğal dövründə vandalizmə məruz qalmış tarixi-dini abidələr və hazırda onların bərpası istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO