Eyni bal toplayıb, 1 yer uğrunda mübarizə aparanların NƏZƏRİNƏ!

Eyni bal toplayıb, 1 yer uğrunda mübarizə aparanların NƏZƏRİNƏ!

Hazırda oxunan: Eyni bal toplayıb, 1 yer uğrunda mübarizə aparanların NƏZƏRİNƏ!

207933

Hər il ali məktəblərə qəbul imtahanı zamanı abituriyentlər müvafiq keçid balını toplayaraq universitetə qəbul olurlar. Bəs, görəsən, iki abituriyent eyni balı toplayıbsa və 1 yer uğrunda mübarizə aparırsa, müsabiqə şərtləri necə olmalıdır?

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) "azedu.az"a bildirilib ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

− təhsil haqqında sənədə (attestata) “Tədris dili”,“Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

− xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal)4;

− qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;

− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;

− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların 5) sayı;

− qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini 6 nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

− qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;

− qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO