Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib.
Bizim.Media xəbər verir ki, ATİAHİ-nin sədri Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin gündəliyi təsdiq edilib.
İclasda təşkilati məsələyə baxılıb. Məclisdə çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, işinin çoxluğunu nəzərə alaraq ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis üzvləri tərəfindən qəbul edilib.
Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:17 / 22.08.2024
Səttar Möhbalıyev istefa verdi
Hazırda oxunan: Səttar Möhbalıyev istefa verdi
Hazırda oxunan: Səttar Möhbalıyev istefa verdi
207921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.